İstifadə üçün yararsız çimərliklər - SIYAHI

17:19 01.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“May ayının 17-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Səhiyyə Nazirliyinin Gigiyena və Epidimologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb”. 

Hafta.az xəbər verir ki, bunu ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Nazim Mahmudov bildirib.

O deyib ki, ilkin nəticələrə görə, Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsi tövsiyə edilmir:

 “Burada həddən artıq çirklənmələr mövcuddur”.

N.Mahmudov əlavə edib ki, Novxanı qəsəbəsi, Sabunçu, Nardaran və Zağulba ərazisindəki çimərlik istifadəyə yararlıdır:

“Digər ərazilərdə isə monitorinqlər davam etdirilir”.