İstintaq təcridxanasına narkotik maddə keçirmək istədi

14:54 28.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elazə Şahin qızı Mustafayevaya qohumu Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı, orada olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram olan narkotik maddə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.