İtaliyanın Səhiyyə Nazirliyi Azərbaycanın adını "D" siyahısına saldı

12:30 04.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İtaliya Səhiyyə Nazirliyinin 29.07.2021 tarixli əmrinin qüvvəyə minməsi ilə, Azərbaycan "D" siyahısına əlavə edilib.
 
Hafta.az İtaliyanın ölkəmizdəki səfirliyinin facebook səhifəsinə istinadən yazır ki, bu siyahı da "Covid-19" pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşları və sakinləri əvvəllər müəyyən edilmiş məhdudiyyətlər olmadan İtaliyaya daxil ola biləcək ölkələri özündə birləşdirir.
 
Bununla birlikdə qeyd etmək lazımdır ki, İtaliyaya səyahət etmək niyyətində olan səyahətçilərin hələ də qüvvədə olan məhdudiyyətlər və öhdəliklər haqqında, xüsusilə də məcburi karantin qaydaları, milli əraziyə daxil olmazdan əvvəl ediləcək testlər və karantinin bitmə müddətinə xüsusi istinad edərək məlumatlanmalarına ehtiyac duyulur.
 
Oxunma sayı 1714
Siyasət rubrikasından digər xəbərlər