İtkin düşən yaşlı kişi axtarılır

11:20 22.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlu martın 16-sı səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.