İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

10:14 19.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə hafta.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.