Aİ komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşüb - FOTO

13:23 08.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Aİ komissarı "Twitter"də bildirib.

"Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə xüsusilə əlaqələnməni vurğulayaraq, İqtisadi və İnvestisiya Planının reallaşdırılması ətrafında vacib fikir mübadiləsi apardıq. Həmçinin COVID-19-un yaratdığı çətinliklərə cavab verilməsi barədə danışdıq", - deyə Aİ komissarı qeyd edib.