AAYDA rəhbərliyi Horadizdə vətəndaşları qəbul edəcək

14:16 11.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov aprel ayının 15-də Füzuli rayonu, Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

AAYDA-dan hafta.az-a verilən məlumata görtə, qəbul saat 11:00-da Horadiz şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlər Füzuli rayonu “38 N-li Yol İstismarı” MMC və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçə bilərlər.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.