Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Luiziana ştatında Leyk-Çarlz şəhərində kazinoya getdikdən sonra 200 nəfər norovirusa yoluxub.
Hafta.az-ın məlumatına görə, hazırda virusa yoluxan şəxslər müalicə olunur.
Onların vəziyyətinin stabil olduğu deyilir. Virusun necə yayıldığı barədə araşdırma başlayıb.
Qeyd edək ki, norovirus kəskin bağırsaq infeksiyasına səbəb olan virus növüdür.