ABŞ-da "İda" qasırğası nəticəsində 22 nəfər ölüb

23:00 02.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında "İda" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Hafta.az xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Qeyd edək ki, qasırğa bir neçə gündür ölkə ərazisində tüğyan edir. Hazırda bəzi ştatlarda fövqəladə vəziyyət elan olunub.