ABŞ-da koronavirusa yoluxanların sayı 2000 nəfəri ötüb

10:28 14.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da qeydə alınan yeni növ koronavirusa yoluxma hallarının sayı 2033-ə çatıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkəyə qayıdan 70 amerikalıda, həmçinin 48 ştatın və Kolumbiya şəhər bölgəsinin 1963 sakinində koronavirus aşkar edilib.