ABŞ-da üç yaşlı uşaq evdə silah tapıb və təsadüfən bir yaşlı bacısını güllələyib, New York Post yazır. Polis hadisənin başvermə şəraitini araşdırır.
KİV-in məlumatına görə, hadisə Kaliforniya ştatının San Dieqo şəhərində baş verib. Səhər tezdən üç yaşlı uşaq evdə dolu tapança tapıb və təsadüfən kiçik bacısını güllələyib. Güllə qızın başına dəyib. Həkimlər gələnə qədər o, hələ də sağ idi, lakin təəssüf ki, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Ailənin qonşusu Rik Stivens həmin səhər silah səsləri eşitdiyini deyib. Kişi nə baş verdiyini biləndə kədərdən özünə gələ bilməyib.
“Ürəyim qırıldı. Mənim də eyni yaşda nəvələrim var”, o əlavə edib.
Polis hadisə zamanı uşaqların valideynlərinin evdə olub-olmaması barədə məlumat verməyib. Polis əməkdaşlarının araşdırmalarını davam etdirdiklərini və hazırda işdə şübhəlinin olmadığını bildiriblər.
"Şerif Departamenti bir uşağın ölümü ilə əlaqədar ailəyə və zərərçəkənlərə başsağlığı verir", - bəyanatda deyilir.