Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ qışın gəlməsi ilə əlaqədar Ukraynada hərbi əməliyyatların sürətinin azalacağını gözləyir. Bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl “The New York Times” yazıb ki, Ukraynada hərbi əməliyyatların dayandırılması altı aya qədər davam edə bilər. Nəşrin məlumatına görə, artıq qoşunların hərəkəti yavaşlamasına baxmayaraq, tərəflərin qoşunlarının hərəkəti “noyabrın sonunda yağan yağış və yumşaq torpaq”, həmçinin mümkün qar yağması və soyuq hava səbəbindən ləngiyəcək.