Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ştatlar bazar ertəsi, noyabrın 14-də Rusiyanın xeyrinə hərbi texnologiyaların alınması ilə əlaqəli olan 42 şəxs və təşkilatdan ibarət “transmilli şəbəkə”yə qarşı sanksiyalar tətbiq edəcək. Hafta.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen bildirib.
Yellenin sözlərinə görə, bu sanksiyalar “Rusiyanın hərbi imkanlarını azaltmaq və onu sanksiyalar və ixrac nəzarəti yolu ilə əsas avadanlıqlardan məhrum etmək üçün böyük səylərin” yalnız bir hissəsidir. O qeyd edib ki, 14 fiziki şəxs və 28 təşkilat, o cümlədən “maliyyə vasitəçiləri” sanksiyalara məruz qalacaq. Eyni zamanda, bu şəxslərin hansı ölkələrdə olması barədə məlumat verilməyib.