ABŞ tezliklə F-16-ları Türkiyəyə sata bilər

18:19 11.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ 2 ay ərzində Türkiyəyə F-16-ların satışına icazə verə bilər. Bunu Türkiyə prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri İbrahim Kalın deyib. Bu barədə CNN Türk yazır.

“Aydın proqnoz vermək o qədər də asan deyil, amma görünür, prosesin yaxın bir-iki ay ərzində başa çatma ehtimalı yüksəkdir... Bu baş verəndə həm modernizasiya, həm də yeni F-16-ların satınalma problemi həll olunacaq”.

Oktyabrın əvvəlində Türkiyə Vaşinqtondan 40 ədəd F-16 bloku 70/72 Viper 4++ nəsil qırıcıları və 80 dəst tələb etmişdi ki, Türkiyənin mövcud qırıcılarını elektronikanı dəyişdirərək bu modifikasiyaya yüksəltsin. Bununla yanaşı, Ankara dəyəri 400 milyon dollardan çox olan AIM-9 Sidewinder, AIM-120 Amraam hava-hava raketləri, radarlar və digər hərbi texnika tələb edib.