Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda ağaclıq ərazi yanır.
Hafta.az xəbər verir ki, Goradil qəsəbəsində, Samur-Abşeron kanalının sahilində yerləşən meşəlik ərazidə ağaclıq ərazi və kol-kos yanır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.