Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az “Report”-a istinadən xəbər verir ki, hadisə Bakı Mühəndislər Universitetinin yanında qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 40-45 yaşlarında kişini avtomobil vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.