Abşeronda maşın piyadanı vuraraq öldürüb

19:40 26.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, rayonun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini N.Rəhimli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nasim Qasımovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.