Abşeronda qəza, 1 nəfər ölüb

10:11 27.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Məmmədli kəndində “AzSamand” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.