“Aclıq Oyunları”nın rejissoru ən böyük peşmanlığını açıqlayıb

11:10 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Aclıq Oyunları” (The Hunger Games) filminin rejissoru Frensis Lourens serialda yer alan “Alayçı Quş” (Mockingjay) filmini iki yerə böldüyünə görə peşman olduğunu etiraf edib. Suzanna Kollinsin eyniadlı romanı əsasında çəkilən “Aclıq Oyunları” trilogiyası 2012-2015-ci illər arasında 4 filmlə nümayiş olunub.

Hafta.az-ın “People”ə istinadən yazdığına görə, aktrisa Cennifer Lourensin Katniss Everdin obrazını canlandırdığı serialın son üç filmi olan “Atəşi Cilovlamaq”, “Alayçı Quş 1” və “Alayçı Quş 2”nin rejissoru olan Frensis Lourens son əsəri iki yerə bölərək çəkdiyi üçün gələn tənqidləri nəzərə aldığını bildirib.

Ekranlara çıxdığı zaman kassa uğuruna baxmayaraq, trilogiyanın son kitabı olan “Mockingjay” iki filmə çevrilib və bu, tamaşaçıları və tənqidçiləri çox məyus edib.

“People” jurnalına danışan Lourens keçmişə baxanda serialın pərəstişkarları və tənqidçilərinin tənqidlərini haqlı gördüyünü deyib. Kitabı indi ikiyə bölməyəcəyini ifadə edən Lourens o zaman verdiyi qərarla bağlı peşman olduğunu dilə gətirib.

Digər tərəfdən Lourens filmin ikiyə bölünməsinin ona kitabdan daha çox təfərrüatları böyük ekrana çatdırmasına imkan verdiyini də qeyd edib.

Lourens də orijinal trilogiyanın hadisələrindən 60 il əvvəlki hekayəni izah edən "Oxuyan quşlar və ilanlar haqqında ballada"da yenidən rejissor kürsüsündə oturub. Bu, Kollins tərəfindən 2020-ci ildə yazılmış kitabın ssenarisi əsasında çəkilmiş 2 saat 36 dəqiqə davam edən “Aclıq Oyunları” serialı arasında bu günədək çəkilmiş ən uzun film olub.

Raçel Zegler, Tom Blif, Hunter Şafer, Peter Dinklaq kimi adların yer aldığı film noyabrın 17-də ekranlara çıxacaq.