AFFA Gənclər Liqasının oyunlarını təxirə salıb

12:39 11.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA  Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.

Hafta.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır. Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.