Afinada 6,1 bal gücündə baş verib

17:00 27.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Afina Geodinamik İnstitutundan verilən məlumata əsasən Peloponnesin cənubundakı Kithira adası ilə Krit adası arasında dənizdən 20 kilometr dərinliyində zəlzələnin baş verdiyi açıqlanıb. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Albaniyaya gələn türk komandaları axtarış və xilasetmə işləri aparıblar.

Yerli medianın verdiyi məlumatda zəlzələnin 6,1 bal gücündə baş verdiyi və paytaxt Afinadan 258 kilometr uzaqlıqdakı Krit adasına qədər böyük bir ərazidə hiss olunduğunu açıqlanıb. Həmçinin yunan ekspertləri, bu zəlzələnin dünən Albaniyada baş verən zəlzələ ilə heç bir əlaqəsi olmadığını açıqlayıblar.

Qeyd edək ki, zəlzələdə can və mal itkisi ilə bağlı heç bir açıqlama verilməyib.