Ağcabədidə birmərtəbəli ev yanıb

23:37 17.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunun Poladlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Hafta.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.