Ağcabədidə ikiotaqlı ev yandı

17:39 28.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunun Hacılar kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.