Ağdamda qardaş qardaşı bıçaqlayıb

12:20 25.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda qardaş qardaşı bıçaqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Həsənov Qalib Balış oğlu aldığı bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin dindirmə zamanı yaralı ailə münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqlandığını deyib.  

Faktla bağlı araşdırma aparılır.