Ağdamı görəndə adamın ürəyi ağrıyır - Allahşükür Paşazadə

11:35 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün məscidlərimiz, məbədlərimiz, evlərimiz, ziyarətgahlarımız, qəbirlərimiz bərpa olunacaq.

Hafta.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Paşazadə bildirib kİ, Ağdamı görəndə adamın ürəyi ağrıyır: “O yerləri o cür, dağıdılmış halda görmək adama təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”.