Ağdamı tərk edən Ermənistan qoşunları yanğınlar törədir

13:11 14.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamı tərk edən Ermənistanın silahlı qüvvələri yanğınlar törədir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ərazidən çıxarılan işğalçı ordunun hərbçiləri Ağdamın Baş Qərvənd kəndi ərazisində yerləşən mövqelərini tərk edirlər. Ərazini tərk edən ermənilər bu günədək yerləşdikləri mövqeləri yandırırlar.