Ağdaşda ikimərtəbəli ev yanıb

16:06 29.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunun Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.