Ağstafa sakini naməlum şəraitdə bıçaq xəsarəti alıb

09:53 12.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

1977-ci il təvəllüdlü Qurbanov Adil Vadid oğlu qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin normal olduğu bildirilir. 

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.