Ağsuda iki avtomobil toqquşub

22:46 31.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağsu rayonunun Qaraqoyunlu kəndində "Tofaş" və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən müxtəlif xəsarətlər alan hər iki avtomobilin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.