Yazını böyüt
Yazını kiçilt
Almaniyanın qərbində selə görə hərbi fəlakət rejimi elan edilib. “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi iyulun 16-da Berlində keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, müdafiə naziri Anneqret Kramp-Karrenbauer uyğun qərar qəbul edib. Bu rejim tətbiq edilən bölgələrə lazım olan yardımla bağlı əmri yerlərdəki komandirlər verəcəklər. Bundesver təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 850 hərbçi yollayıb.
Qeyd edək ki, Almaniyada sel nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb, 1300 nəfər isə itkin düşmüş sayılır. Daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.