Almatıda Mustafa Kamal Atatürkün abidəsinin açılışı olub

10:12 26.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Almatıda Türkiyə Cümhuriyyətinin qurucu prezidenti Mustafa Kamal Atatürkün abidəsinin təntənəli açılışı olub. Abidə 2023-cü ildə Mustafa Kamalın adı verilmiş parkda Almatı şəhərinin rəhbərliyi tərəfindən ucaldılıb.

Hafta.az-ın yazdığına görə, açılış mərasimində mədəniyyət və informasiya naziri Aida Balayeva, Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu, TÜRKSOY-un baş katibi Sultan Rayev, Almatı şəhərinin meri Erbolat Dosayev, türk diasporunun və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan nazir qeyd edib ki, abidənin qoyulması ilə bağlı göstəriş Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə Qazaxıstana səfəri zamanı prezident Kasım-Jomart Tokayev tərəfindən verilib.

“Dövlət başçılarının sayəsində Qazaxıstanla Türkiyə arasında münasibətlər yeni səviyyəyə qalxıb və hazırda bütün sahələrdə dinamik inkişaf edir. Mədəni əlaqələr iki qardaş ölkə arasında əməkdaşlığın qızıl körpüsünə çevrilib. Bunda Türkiyə tarixində silinməz iz qoyan müasir türk dövlətinin qurucusu xüsusi rol oynayır”, - nazir deyib.

Türkiyə Cümhuriyyətini indiki dünyəvi dövlətə çevirən Atatürk islahatları silsiləsi siyasi, mədəni, iqtisadi və sosial dəyişikliklərin bu günə qədər onun inkişafına təsir etdiyini deyən Aida Balayeva abidənin təkcə tarixi irsə hörmətin deyil, həm də iki xalq arasında tərəfdaşlıq və əməkdaşlığın simvolu olduğunu bildirib.