Yazını böyüt
Yazını kiçilt
ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodjes Ukrayna ordusunun tərəfdaş ölkələrdən lazımi silahlar alması şərti ilə yayın sonuna qədər Krımı azad edə biləcəyi ilə bağlı fikir bildirib.
Hafta.az xəbər verir ki, Hodges bu barədə Ukraynanın“NV” nəşrinə müsahibəsində danışıb.
"Ukrayna Krımı azad etməyi planlaşdırır və mən çox ümid edirəm ki, bu, yayın sonuna qədər baş verəcək. Bir şərtlə ki, Qərb ölkələri Ukraynaya ehtiyacınız olan və istədiyiniz hər şeyi və təbii ki, tələb olunan mənzilli raketləri təmin etsin", - deyə Hodges vurğulayıb.