Anasının razılığı olmadan uşağın dodaqlarından öpdü, həbs edildi

08:58 15.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyada azyaşlı uşağı anasının razılığı olmadan öpən qadın həbs edilib.

"20 Minutos" nəşri yazır ki, ana bir yaşlı uşağı ilə Bilbao şəhərində parkda olarkən naməlum qadın onlara yaxınlaşıb və heç bir söz demədən uşağı dodaqlarından öpüb. Ana dərhal polis çağırıb və qadın saxlanılıb. O, yerli polis bölməsinə aparılıb, orada dindirilib və cinsi zorakılıq ittihamı ilə hakim qarşısına çıxarılıb. İstintaq bu əməli potensial təhlükə və azyaşlı uşağın şəxsi sərhədlərini pozma kimi nəzərdən keçirib.