Yazını böyüt
Yazını kiçilt
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhləsində səfərdə 2:1 hesabı ilə qalib gəldiyi Kiprin APOEL klubu baş məşqçi Paolo Trametsani ilə yollarını ayırıb.
Virtualaz.org bildirir ki, bu barədə klubun saytı xəbər yayıb.
Bildirilir ki, APOEL-ə 2018-ci ilin oktyabrından rəhbərlik edən və onu 2018/2019 mövsümündə ölkə çempionluğuna daşıyan 49 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Yeri gəlmişkən, həmin komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.