Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi barədə yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb. Bu barədə hafta.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
"Hazırda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır. Nəticələrlə bağlı ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.
Qeyd edək ki, yayılan məlumatlara görə, zəhərlənən ailə üzvləri bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.