Arayik yenidən Rusiyaya getdi

20:07 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 25-nə keçən gecə Rusiyalı hərbçilərin nəzarətində olan Azərbaycan ərazilərində varlığını sürdürməyə çalışan separatçı rejimin başçısı Arayik Arutyunyan İrəvan-Moskva reysi ilə Rusiya paytaxtına uçub.

Hafta.az bildirir ki, bu barədə 168.am yazır.

“Arayik Arutyunyanın Rusiya Federasiyasının paytaxtına hansı məqsədlə getdiyi və orada hansı dairələrlə görüşəcəyi barədə mətbuat daha sonra məlumat verəcək. Güman ki, Ruben Vardanyan "dövlət naziri" postunu tutmaq təklifini qəbul etdikdən sonra Arayik Arutyunyan Rusiyanın siyasi elitası ilə onun sonrakı fəaliyyəti ilə bağlı məsələləri aydınlaşdırmağa ehtiyac duyub”, 168.am qeyd edir.

Siyasət rubrikasından digər xəbərlər