Artıq 10 ildir ki, Azərbaycanla İtaliya strateji tərəfdaşlar kimi münasibətlərini inkişaf etdirir - Elşad Mirbəşir

18:45 10.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı, əməkdaşlığın genişləndirilməsi baxımından çox təsirli oldu. Azərbaycanla İtaliya olduqca səmərəli strateji tərəfdaşlıq münasibətlərinə söykənərək əməkdaşlıq etməkdədir. Bu, Azərbaycanın Avropa ilə əlaqələrini genişləndirir".

Bunu hafta.az-a professor Elşad Mirbəşir Prezident İlham Əliyevin İtaliya səfəri, Beynəlxalq Çernobbio Forumunda çıxışının əsas məqamları ilə bağlı açıqlamasında bildirib.

E.Mirbəşir qeyd edib ki, İtaliya-Azərbaycan əlaqələrinin sıxlığı digər Avropa ölkələri ilə qurulan münasibətlərin keyfiyyətindən fərqlənir. Bu keyfiyyət hər iki dövlət arasında daim möhkəmlənən ticari, iqtisadi əməkdaşlığı inkişaf etdirən əsas amildir.
Professor Azərbaycan-İtaliya əlaqələrinin Ulu Öndər tərəfindən möhkəm təməllər üzərində qoyulduğunu və bu münasibətlərin bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini xüsusilə önə çəkib.

“Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə İtaliya ilə Azərbaycan arasında qurulan dostluq, iqtisadi əlaqələr etibarlı təməllər üzərində quruldu. Ulu öndərin 1997-ci ildə İtaliyaya səfəri ölkələr arasında olduqca səmərəli əməkdaşlıq münasibətlər sistemini formalaşdırdı. Bu səfərdən sonra Azərbaycanla İtaliya arasındakı münasibətlər artıq strateji tərəfdaşlıq xarakteri alıb. Artıq 10 ildir ki, Azərbaycanla İtaliya strateji tərəfdaşlar kimi münasibətlərini inkişaf etdirir, əməkdaşlıqlarını genişlənidirir”.

E.Mirbəşir bildirib ki, İtaliyanın Azərbaycanın milli məsələsi olan ərazi bütövlüyü, keçmiş münaqişə vəziyyətinin aradan qaldırılmasına yönəlik sərgilədiyi mövqe bugünkü manasibətələrə təsir edən əsas amil kimi nəzərədən keçirilməlidir.
“Ölkə Prezidenti Forumda Azərbaycanla İtaliya arasında mövcud olan 16 milyard dollara yaxın ticarət dövriyyəsinin yüksək göstərici olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan İtaliyada enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etməkdədir. Azərbaycan İtaliya üzərindən Avropa İttifaqına üzv olan ölkələrin də enerji təhcizatı baxımından çox ciddi işlər görüb. 3500 km uzunluğunda olan Cənub Qaz dəhlizi məhz İtaliyaya qərdər uzanır və oradan digər Avropa ölkələrinə keçir. Artıq Avropa İttifaqına üzv olan 7 ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan birbaşa iştirak edir. Ümumlikdə isə 10 Avropa ölkəsinin enerji təhlükəsizliyində Azərbaycan birbaşa iştirak etməkdədir. Bu da Azərbaycan-İtaliya əməkdaşlığının hər iki ölkə üçün nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir”.

E.Mirbəşir hesab edir ki, Prezidentin Çernobbioda dəyirmi masada səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir.
“Ölkə Prezidenti çıxışlarında vurğuladı ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə geosiyasi vəziyyəti təkcə regionda deyil, daha geniş coğrafiyada dəyişmiş oldu. O, 44 günlük müharibəyə diqqət çəkməklə bir daha haqlı mövqelərimizi mötəbər tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. Prezidentin forumda Azərbaycanın Ukrayna-Rusiya müharibəsində vasitəçi ola biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər, “Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan uzağıq” deməsi mühüm mesaj idi”.

Professor eyni zamanda Prezidentin ölkəmizin həyatında gözlənilən mühüm hadisəyə diqqət çəkdiyini xatırladıb. O, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsini ölkəmizə olan etimadın göstəricisi kimi önə çəkib.
“Bu qərar ötən il qəbul olunmaqla və hazırlıqlara 1 ildən az vaxt qalmasına baxmayaraq Azərbaycan tədbirə ən yüksək səviyyədə ev sahibliyi edəcək. İtaliya da öz növbəsində COP29-un keçirilməsində Azərbaycana dəstək olmağa hazır olduğu bildirilib”.

Siyasət rubrikasından digər xəbərlər