Aşağı Gövhərağa məscidi bərpa olunur

18:00 29.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada Aşağı Gövhərağa məscidində bərpa işləri davam edir.

 

Bu barədə hafta.az-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

 

Xatırladaq ki, məscid İbrahim xanın xeyriyyəçi qızı Gövhərnisə xanımın vəsaiti ilə 1874-75-ci illərdə tikilib. Dini ibadət yeri işğal dönəmində ermənilər tərəfindən dağıdılıb. Məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir.