Astarada kişi avtomobilin yük yerindən yıxılıb öldü

10:36 04.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada avtomobilin yük yerindən yıxılan şəxs həyatını itirib.

Trend-in məlumatına görə, avqustun 2-də saat 13 radələrində Astara rayonu, Toradi kənd sakini 19.10.1981-ci il təvəllüdlü Əliyev Tosif Rafiq oğlu yük avtomobili ilə Astara rayonu, Hamoşam kənd istiqamətində hərəkətdə olan zaman avtomobilinin yük hissəsində olan Lerik rayon, Babagil kənd sakini 12.11.1994-cü il təvəllüdlü Zamanov Rusif Səttar oğlu nəqliyyat vasitəsinin yük hissəsindən yıxılıb.

O, aldığı xəsarətdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb.