ATƏT-in yeni sədri Gürcüstanda səfərdədir

09:42 16.02.2021 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Lindenin Gürcüstana rəsmi səfəri başlayıb.

 

Hafta.az xəbər verir ki, isveçli diplomat səfər çərçivəsində Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşəcək.

 

Görüşün əsas müzakirə mövzusu ATƏT-ə sədrlik edən İsveçlə beynəlxalq əməkdaşlığın aktual məsələləri olacaq.

A.Linde həmçinin Gürcüstan prezideni Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və parlament sədri Arçil Talakvadze ilə də görüşlər keçirəcək.