Yazını böyüt
Yazını kiçilt
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi hesab edir ki, Ukraynadakı hazırkı hadisələrlə əlaqədar Avropa yeni qaçqın dalğasına hazırlaşmalıdır.
"Müharibənin hər bir eskalasiyası yeni qaçqın axını riski deməkdir" deyib Grandi cümə axşamı France-Presse agentliyinə. "Biz buna hazırlaşmalıyıq", - BMT-nin Ali Komissarı əlavə edib. Eyni zamanda o, Rusiya ordusunun Ukraynanın şərqində hərbi təzyiqlərini artırdığını iddia edib. “Döyüşlər şiddətlənəndə insanlar təbii olaraq təhlükəsizliyə sığınmaq istəyirlər”, - Qrandi deyib.