Avropada COVID-19-dan ölənlərin sayı 2 milyonu keçib

09:21 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ÜST-nin Avropa regionu Avropada koronavirusa qarşı məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına baxmayaraq, koronavirusa yoluxmanın fəsadlarından ölənlərin sayı 2 milyon nəfəri keçib.

Hafta.az-ın məlumatına görə, bu barədə "Fiqaro" qəzeti təşkilata istinadən bildirib.

Məlumata əsasən, 53 ölkəni və Atlantikdən Sakit Okeana qədər geniş ərazini əhatə edən təşkilatın Avropa regionunda 2 milyondan çox insan COVID-19-dan ölüb, 218 milyondan çox yoluxma halı aşkarlanıb.