Avropada koronavirusun üçüncü dalğası başladı

17:48 19.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun üçüncü dalğası artıq Avropada başlayıb və bəzi ölkələrdə müxtəlif templərdə artır.

Hafta.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.

O bildirib ki, artıq yoluxmanın üçüncü dalğası müşahidə olunur:

"Biz əhalinin peyvəndlənməsinin sürətləndirilməsini zəruri hesab edirik".

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı ölkələrində koronavirusdan ölənlərin sayı 900 mini keçib.