Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı müzakirə təşkil olunacaq

18:00 24.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində tədbir çərçivəsində müzakirə ediləcək.

Hafta.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, dekabrın 1-də platforma çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks") təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.


Qeydiyyat üçün week.creative.az səhifəsinə keçid edə bilərsiniz.

Oxunma sayı 150