Avtomobil aptekə çırpılıb - Yaralılar var

08:15 20.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hafta.az xəbər verir ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan "Changan" markalı avtomobillə toqquşub. Daha sonra "Changan" idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Xəsarət alanlar 1994-cü il təvəllüdlü Ə.Məmmədli, 1992-ci il təvəllüdlü A.Məmmədova, 2004-cü il təvəllüdlü G.Məmmədova və daha bir azyaşlıdır.