ABŞ-ın Nyu York şəhərində maşınını otoparkda saxlayan valideyn əkiz körpələrini arxa oturacaqda unudub.
Hafta.az yazır ki, aşırı istidən və hava çatışmazlığından uşaqlar maşındaca ölüblər. Nyu York polisi bildiirb ki, valideyn Xuan Rodrigezin "bilərəkdən ölümə yol açma" maddəsi ilə ittiham olunub. Polisin açıqlamasına görə, heç bir valideyn, ümumiyyətlə sağlam düşünən insan iki övladını heç nə olmayıbmış kimi bütün günü avtomobildə unuda bilməz.
Qeyd edək ki, X.Rodrigez övladlarını park etdiyi avtomobildə unudaraq işə gedib və 8 saat sonra evə getmək üçün maşına yaxınlaşanda 1 yaşlı əkizlərin - Foneksin və Marizanın cəsədləri ilə qarşılaşıb.
Ölüm hadisəsi baş verən zaman Nyu Yorkda havanın temperaturu 30 dərəcədən yüksək olub. Mütəxəssislər isə bildiriblər ki, cəmi 16 dərəcə kifayətdir ki, pəncərələri bağlı avtomobildə insan 8 saat ərzində dünyasını dəyişsin.