Yazını böyüt
Yazını kiçilt
Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Hafta.az DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin alt hissəsində 277 qutu "Corsair" və "Mega Piratka" markalı pirotexniki vasitə, 240 ədəd "Red Stars With Report" və "Sterminator" markalı fişənglər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.