Avtomobildən 10 min manat oğurlanıb

12:23 21.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda avtomobildən 10 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 10 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.