Avtomobillərdən oğurluq edən şəxs tutulub

16:57 30.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda avtomobillərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, rayon ərazisində iki avtomobildən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ablasanov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onunla bağlı aparılan tədbirlər nəticəsində həmin şəxsin daha bir sexdən təmir-tikinti alətləri, bir evdən qapı və M.Ramazanova məxsus velosipedi oğurlaması da müəyyənləşdirilib.

Faktla əlaqədar təhqiqat davam etdirilir.