Avtoyumanın işçisini öldürməkdə ŞÜBHƏLİ BİLİNDİ

14:24 19.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəngilan rayonunda 1971-ci il təvəllüdlü Elman Zeynalovun avtomobillə qəsdən vurularaq öldürülməsinin təfərrüatı məlum olub.

Hafta.az xəbər verir ki, qətlə yetirilən E.Zeynalov 2022-ci ildə Ağalı kəndinə köçən ilk sakinlərdən olub və ona məşğulluq xidməti tərəfindən avtoçilingər alətləri də verilib. Əsasən avtomobil təmiri ilə məşğul olan E.Zeynalov həmçinin avtoyuma məntəqəsi də işlədirmiş.

Kənd sakini, 1980-ci il təvəllüdlü kənd sakini Elçin Abdullayevlə onun arasında dünən avtomobil təmiri ilə bağlı mübahisə yaranıb. Mübahisə qısa müddətdə sona çatıb və E.Abdullayev evinə gedib. E.Zeynalov isə avtoyuma məntəqəsinin qarşısında çölə qoyduğu dəmir çarpayıya uzanıb telefonuna baxırmış. E.Abdullayev qəflətən özünə məxsus "Ford Transit" markalı yük avtomobilini işə salaraq E.Zeynalovun üzərinə sürüb və onu çarpayı ilə birlikdə vurub. E.Zeynalov avtomobilin altına düşərək, ağır xəsarətlər alıb. Sakinlər onu xəstəxanaya aparmaq istəsə də, E.Zaynalov yolda dünyasını dəyişib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. /oxu.az/

Faktla bağlı araşdırma aparılır.